Avtobusda qan düşdü

Avtobusda olan sərnişinlər arasında mübahisə qanla nəticələnib. Bıcaqlanma Bakı-Gəncə avtobusunda olub. SİA-nın xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Bakıdan Gəncəyə gedən "Mercedes" markalı sənişin avtobusunda baş verib. Kürdəmir rayon ərazisində Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Cəbrayılov Akşin Cəmşid oğlu ilə avtobusun digər sərnişini Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Mövsümov Qüdrət Səfa oğlu arasında naməlum səbəbdən mübahisə yaranıb. Nəticəsində Cəbrayılov Akşin üzərində gəzdirdiyi bıçaqla Qüdrət Müvsümova bir necə bıçaq xəsarəti yetirib.

Q.Mövsümov dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin operativ müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub.

Hadisə yerindən qaçan Akşın Cəbrayılov Kürdəmir Rayon Polis Şöbəsində yaradılmış əməliyyat axtarış qurupu tərəfindən gecə saatlarında rayon ərazisində tapılıb. Faktla bağlı AR CM-nin 126-cı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, A.Cəbrayılov əvvəllər quldurluğa görə məhbus həyatı yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə