Azərbaycan gömrükçüləri İrandan ölkəmizə narkotik vasitənin keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Xavər Cahangirova gömrük nəzarətindən keçərkən onun əl çantasından 8 ədəd həb şəklində olan "Metadone-40" adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, "Metadone-40" adlı dərman preparatı "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr"in II Siyahısına daxildir və 8 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0,32 qram təşkil edir.
Faktla bağlı təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB