Yük avtomobili yandı

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilində yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avtomobilin salon hissəsi və qabaq təkərləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə