Soyğunçuluğa görə 5 nəfər tutuldu

Soyğunçuluğa görə 5 nəfər tutuldu

Bakının Sabunçu rayununda soyğunçuluq etmiş 5 nəfər tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Xavər Məhərrəmovanın 500 manatını soyğunçuluq yolu ilə almış paytaxt sakinləri Əli Şərifov və Həsən Abdullayev tutulublar.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 24-də Əfsanə İsmayılovanın qızıl üzüyünü və gümüş qolbağını soyğunçuluq yolu ilə almış Mehdi Əhmədov, Vüsal Həmidov və Yusif Xanquluyev tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə