Sabirabadda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Sabirabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan yeməkxananın mətbəxinin qamışdan ibarət tavanı 80 kv.m sahədə yanaraq yararsız hala düşüb. Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində mətbəxdə olan 5 ədəd 5 litrlik və 3 ədəd 50 litrlik məişət qaz balonu təhlükəsuz əraziyə çıxarılıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB