1 nəfəri "tok"vurdu

Kürdəmir sakini elektrik cərəyanı vurması nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 22-də Kürdəmir rayonu Şilyan kəndində bədbəxt hadisə baş verib. Kənddə yaşayan Ayaz Şükürov həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə