Astarada İran vətəndaşı saxlanılıb

Astarada İran vətəndaşı saxlanılıb

Azərbaycana keçmək istəyən İran vətəndaşının üzərində narkotik maddələr aşkarlanıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, Akbari Meisam Feizollah oğlunun üzərinə baxış zamanı ondan ümumi xalis çəkisi 2,40 qram olan narkotik vasitə - həşiş qətranı, xalis çəkisi 0,641 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 0,330 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə