Batan şəxs axtarılır

Siyəzən rayonunda bir nəfərin kanalda batdığı ehtimal edilir. SİA-nın Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Siyəzən rayonu Zarat kəndində bir nəfərin Samur-Abşeron kanalında batdığı barədə məlumat daxil olub.

FHN-nin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışına başlanılıb. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə