Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, ötən gecə Ələt-Astara magistralının 206-cı kilometrliyində, yolun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində rayonun Hirkan qəsəbə sakini, 1951-ci il təvəllüdlü Nurəddin Ənvər oğlu Ağayev yolu keçmək istəyərkən rayon sakini Babazadə Nurlan Rəşadət oğlu idarə etdiyi "VAZ-21074" markalı, 42 BK 618 dövlət nömrə nişanlı minik avtomobili ilə onu vurub. Qəzanı törədən sürücü bədən xəsarətləri almış piyadanı maşınına qoyaraq dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırmaq istəsə də, yaralı yarı yolda dünyasını dəyişib. İlkin versiya kimi hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması göstərilir.
Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB