20 yaşlı gəncin cəsədi tapıldı

20 yaşlı gəncin cəsədi tapıldı

Xilasedicilər dəznidə boğulmuş 20 yaşlı gəncin cəsədini sudan çıxarıblar. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə, "Bilgəh" sularda xilasetmə məntəqəsindən, təxminən, 700 m aralı, nəzarət olunmayan ərazidə batmış 1995-ci il təvəllüdlü Əliyev Əli Əlizaman oğlunun axtarışları başa çatıb.

Ə.Əliyevin cəsədi nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:36-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə