Şahdağda yanğın iki helikopter cəlb olunub

Şahdağda yanğın iki helikopter cəlb olunub

Şahdağ Milli Parkında yanğın başlayıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli Parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub.

Hal-hazırda əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə