Goranboyda piyada vurulub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yolu keçmək istəyən 20 yaşlı piyadanı maşın vurub. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 28 aşlı Fəxri Eyvazov idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 20 yaşlı Zərdab rayon sakini, Toğrul Qasımovu vurub. Yaralı əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncədəki xəstəxanaların birin aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB