Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba- Rusiya Federasiyası dövlət sərhədi yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisində qeydə alınıb. "VAZ 21 015" markalı nəqliyyat vasitəsilə "Ford" markalı yük maşınının toqquşması nəticəsində minik maşınının sürücüsü, Şabran rayon sakini, 37 yaşlı Məlikov Telman Balami oğlu ağır bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polis idarəsininin istintaq və təhqiqat bölməsində cinayət işiaçılıb, araşdırma aparılır.
Emin Kərimov, Şabran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB