Lənkəranda axşam saatlarında kütləvi dava olub. SİA-nın Cənub bürosunun məlumatına görə, avqustun 13-də gecə saatlarında adları hələlik açıqlanmayan şəxslər şəhər sakini, 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu Qalib Əhmədzadəyə, qızı Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, qohumunun toyuna gələn 1995-ci il təvəllüdlü Uğur Ələddin Oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB