Transformator yanıb

Lənkəran rayonu, Separadi kəndində (rayon mərkəzindən 20 km aralı) gücü 6 kVt olan transformatorda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, transformatorun yağ açarı yanıb.

Transformatorun yanğından mühafizə olunub və yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə