Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan fermanın içərisinə yığılmış 160 ton ot bağlaması yanaraq yararsız hala düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı fermanın içərisində 4 baş at və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub.
Hadisə yerinə gələn yanğınsöndürənlər fermanı yanğından mühafizə edərək onun miqyasının genişlənməsinə imkan verməyib.
Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB