Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə olunub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri 51 p.m yanıb.
Yanğın nəticəsində binadan 20 nəfər təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB