Şamaxı rayonu, Göylər kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində vətəndaşa məxsus ümumi səhəsi 126 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.
Yanğınsöndürənlər yanğının miqyasının genişlənməsinin qarşısını alaraq, yaxınlıqdakı evi yanğından mühafizə etməyə müvəffəq olub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB