Xəzərdə daha bir faciə 2 nəfər boğuldu

Xəzərdə daha bir faciə 2 nəfər boğuldu

Xəzər dənizində daha iki nəfər batıb. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, avqustun 6-da Xəzər rayonundakı Şüvəlan dəniz çimərliyində Bakı şəhər sakini Kamran Kamranbəyli çimərkən boğulub. Onun meyit sudan çıxarılıb.

Həmin çimərlikdə batan Bakı şəhər sakini Aqil Mahmudovun axtarışları isə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə