Daxili İşlər Nazirliyinin əməkdaşları iki nəfər silah alverçisini tutub. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilmiş "TOZ-B" markalı tüfəng və 40 ədəd patron götürülüb.
Araşdırmalar zamanı K.Məmmədovun tüfəngi satmaq məqsədilə Neftçala rayon sakini Amil Heybətovdan aldığı müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə A.Heybətov da tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB