Avtomobil piyada keçidini yandırdı

Avtomobil piyada keçidini yandırdı

Bakı şəhərinin Nərimanov rayonunda vətəndaşa məxsus "Subaru" markalı minik avtomobili yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, avtomobilin yanar hissələri, ümumi sahəsi 400 kv.m olan yerüstü piyada keçidinin üzlük hissəsi 40 kv.m və ekskalatorun rezini 3 kv.m sahədə yanıb. Keçidin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə