Tovuzda 34 yaşlı kişi süni göldə boğulub

Tovuzda 34 yaşlı kişi süni göldə boğulub
Tovuzda 34 yaşlı Kamran Hüseynov süni göldə boğulub. Hadisə Tovuzçay su anbarında qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Kirən kənd sakini 34 yaşlı Kamran Hüseynov süni göldə corablarını yuyarkən qəfildən suya yıxlıb.

Zərərçəkənin qardaşı onun yanında olsada onu xilas edə bilməyib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri çağırılıb. Süni göldə axtarışlara başlanılıb. Nəticədə Kamran Hüseynovun meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib. Zərərçəkənin qardaşının sözlərinə görə, Kamran rayonda fəhlə kimi çalışırmış. İsti havada göldə çimmək üçün əraziyə üz tutub. O çimə bilmədiyi üçün boğularaq dünyasını dəyişib.

Qeyd edək ki,mərhum bir qız atasıdır.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə