Qazax rayonunun 3 kəndində yanğın olub

Qazax rayonunun 3 kəndində yanğın olub

Bir gündə Qazağın 3 kəndində 350 hektara yaxın ərazidə yanğın hadisəsi olub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun cəbhə kəndləri olan Cəfərli, Aslanbəyli, Dəmirçilər kəndində alovlanan sahələr kəndliləri xeyli təşvişə salıb. Ötən gün günorta saatlarından başlayan alovu axşam saatlarında söndürmək mümkün olub. Hər üç kəndə Qazax YMH-nın avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Ərazinin çox olması yanğınsöndürənlərin işini çətinləşdirsədə alovu axsam saatlarına yaxın söndürmək mümükün olub. Bundan başqa Ağstafa rayonundan da yanğınsöndürənlər əraziyə köməyə cağrılıb. Yanğının qarşısını daha tez və operativ şəkildə almaq məqsədilə hətta evdə istirahət günü olan əməkdaşlarda bir necə saatda yenidən işə cəlb olunublar. Hadisə zamanı Dəmirçilər və Aslanbəyli kəndlərində 275 hektar biçilmiş taxıl sahəsi alışıb. Alov şiddətləndiyindən Aslanbəyli kənd sakininə məxsus 8 ton ot bağlamasının 4 tonu da yanaraq yarasız hala düşüb. Düşmənlə sərhəd olan Cəfərli kəndində isə bələdiyyəyə məxsus 60 hektar quru ot və kol-kos yanıb. Adıçəkilən kənddə baş verən yanğın şiddətlənib meşəlik əraziyə yaxınlaşsada alovun qarşısını almaq mümükün olub. Çətinliklədə olsa yaxınlıqdakı mesə zolağı yanğından mühafizə olunub.

Hər üç kəndə baş verən yanğın zamanı xəsarət alan olmayıb.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə