FHN 3 nəfəri xilas etdi

Bakı şəhərinin Səbail rayonu ərazisindən rezin qayıqla balıq tutmaq məqsədilə dənizə çıxmış 3 nəfər sahildən 200 m aralıda köməksiz vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadın verdiyi xəbərə görə, FHN-in hadisə yerinə cəlb edilmiş xilasediciləri vətəndaşları xilas edib, qayığı isə yedəyə alaraq sahilə çıxarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə