Dəhşətli qəza 24 ölü, 40-dan çox yaralı

Dəhşətli qəza 24 ölü, 40-dan çox yaralı

Hindistanın Madhya Pradesh əyalətində iki sərnişin qatarı körpüdən keçərkən relsdən çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yaşanan faciədə ən az 24 adam ölüb, 40-dan çox adam isə yaralanıb.

İlk olaraq Mumbaidə Varanasi istiqamətinə olan Kamayani Express qatarı relsdən çıxarkən, qısa müddət sonra qarşı tərəfdən ələn Janata Express qatarı da qəzaya uğradı. Belə ki, qəza zamanı qatarlar, paytaxt Dehliyə 950 kilometr uzaqlıqdakı Macha Çayının üzərindəki bir körpüdə tapılıb.

Dəmiryollarının nümayəndəsi Anil Saksena mətbuata açıqlamasında bildirib ki, "Bu talehsiz qəza, reyslərdəki su basqını səbəbi ilə meydana gəlib. Beləliklə də, yol çökdü və Kamayani Express'in son altı vaqonunun relsdən çıxdı. Bu zaman da qarşıdan bir qatar gəlirdi. Bu qatar da su basqınına məruz qaldı".

Bütün xəbərlər Facebook səhifəmizdə