Bərdə sakini bıçaqlanıb

Bərdədə bıçaqlanma hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə rayon sakini 28 yaşlı Eyvaz Əhmədov kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Bədənin müxtəlif nayihələrindən bıçaq yarası alan 28 yaşlı kişi dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin kimlər tərəfindən və hansı səbəblərdən baş verməsi hələlik məlum deyil. Baş vermiş hadisəylə baglı rayon polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə