Bakıda oğurluq hadisəsi FOTOLAR

Bakıda oğurluq hadisəsi FOTOLAR
Xətai rayonu, Əhmədli qəsəbəsi Məzahir Rüstəmov 11, mənzil 20-də oğurluq hadisəsi baş verib. SİA-nın verdiyi xəbərə görə, ev sahibləri Əsgər və Mənsurə Əsgərovlar mənzillərindən 25 qram çəkisi olan qızıl üzüyün oğurlandığını bildiriblər.

Maraqlıdır ki, evi qarət edən şəxs və ya şəxslər mənzildə istirahət etməyi də unutmayıblar. Belə ki, oğrular evdə siqaret çəkib, qəhvə içib, hətta soyuducuda olan kərə yağını da özləri ilə aparıblar.

Hadisə yerinə gələn 34-cü polis bölməsinin rəisi Zaur Məmmədov oğurluq hadisəsi ilə bağlı araşdırmaların aparıldığını qeyd edib.

Xatırladaq ki, bu, mənzildə baş verən 2-ci oğuluq hadisəsidir. 9 ay öncə isə Mənsurə Əsəgərovaya məxsus Nizami rayonu ərazisində yerləşən mebel mağazasında da oğurluq hadisəsi baş vermişdi. Oğrular mağazanın seyfindən 38 min manat pul aparmışdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə