Məişət tullantıları yandı Bakıda

Məişət tullantıları yandı Bakıda

Bakıda məişət tullantıları olan ərazidə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanğın Dərnəgül qəsəbəsində "Elit" ticarət mərkəzinə yaxın ərazidə baş verib.

Tullantılar içərisində avtomobil təkərləri olduğundan ətrafa qara tüstü yayılıb.

Yanğın ərazidə çalışan fəhlələrin ocaq qalaması səbəbindən baş verib. Yanğının miqyası kiçik olduğundan ətrafdakılar tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə