105 ha sahədə quru ot və kol-kos yandı

105 ha sahədə quru ot və kol-kos yandı

Ağsuda vətəndaşa məxsus quru ot və kol-kol yanıb. SİA-nın Fövqəladə hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağsu rayonu, Bico kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus dağlıq ərazidə 105 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə