Qrunt suları Ağstafanın Tatlı kəndində bir neçə ev üçün təhlükə yaradıb. Bu sular təsərrüfatlara ziyan vurmaqla yanaşı, sakinlərin səhhətinə də təsirsiz ötüşməyib. Küçələr və həyətlər suya qərq olub.
Evlərin zirzəmiləri də suyun içindədir.
Ağstafanın Tatlı kəndində qrunt suları 20-ə yaxın evi təhlükə qarşısında qoyub. 6-7 aydır ki, qrunt sularının artması evlərin döşəməsini və divarları yararsız hala salıb.
Havaların isti keçməsinə baxmayaraq, kənddəki əksər həyətlər lilin və palçığın içindədir. Sakinlər öz torpaq sahələrində təsərrüfat işləri də apara bilmirlər.
Suyun həyətlərdə və evlərdə yığılıb qalması ziyanverici həşəratların çoxalmasına da səbəb olub. Bu canlılar sakinləri sancaraq bədənlərində müxtəlif yaralar əmələ gətirir.
Məsələ ilə ələqədar rayon icra hakimiyyətindən bildirdilər ki, əraziyə baxış keçirilib və kənddə üzə çıxan qrunt sularının qarşısını almaq üçün layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Problemin yaxın vaxtlarda aradan qaldırılacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB