Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsindən 1600 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batan 1999-cu il təvəllüdlü Qəniyev Amil Elşən oğlunun axtarışları başa çatıb.
FHN-nin rəsmi saytı xəbər verir ki, Qəniyevin cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:56-da başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB