Banka saxta əsginas gətirdi

Bakıda banka saxta əsginas vermək istəyən şəxslər saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 30-da Nəsimi rayonu ərazisindəki "Unibank"ın Əcəmi filialında, kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əsginas vermək istəyən Bakı şəhər sakinləri Ofelya Haqverdiyeva və Mətanət Novruzova Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə