Qarabağ kanalında batan gəncin meyidi tapılıb. SİA-nınFövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə 30.07.2015-ci il tarixində Mingeçevir şəhəri, Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) 1989-ci il təvəllüdlü, Həsənov Elvin Elçin oğlunun suda batması haqqında məlumat daxil olub.
E.Həsənovun cəsədi batdığı yerdən 600 metr aralıda, "Aran" dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB