Dünən gecə saat 23:30 radələrində Şirvan şəhərində 1979-cu il təvəllüdlü Cəfərov Fizuli Vilayət oğlu bıçaqlanıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Bıçaqlananın qardaşı Nizami Cəfərovun dediyinə görə, hadisə qohumlar arasında bankdan götürülən kreditin üstündə olub. Qardaşının dediyinə görə Fizuli Cəfərov hərbiçi olub və 2-ci qurup əlillik dərəcəsiylə təqaüdə çıxıb. Qayınatası Əlizadə Bağıyev kürəkənindən xahiş edib ki, "Kapitalbank"dan 5 min manat kredit götürüb onlara versin ki, həbsdə olan oğlu Elşən Bağıyevi azadlıqa buraxdırsınlar. 5 min krediti Fizuli Cəfərov öz adına götürüb qayınatasına verib və oğlunu azadlığa çıxarıb. Qayınata krediti əvvəl 7, 8 ay ödəsələr də sonradan ödəməyiblər və nəticədə bank Fizuli Cəfərovun təqaüdündən krediti tutub. Fizuli Cəfərov qohumlarından kreditin ödənilməsini tələb edib. Nəticədə qayınata və qaynı kürəkənin evinə gəlib və krediti ödəməyəcəklərini bildiriblər. Bu zaman aralarında mübahisə yaranıb. Qayınata həbsdən çıxan oğluna "vur" göstərişini verib. Qaynı Elşən Bağıyev bacısının həyat yoldaşı Fizuli Cəfərova biri daxilə keçən və ağ ciyəri zədələyən bıçaq zərbəsi vurub və sonra hadisə yerindən qaçıblar.
Şirvan polis şöbəsi hadisəni araşdırır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB