Bu ilin birinci yarısında Azərbaycanda baş vermiş 5488 yanğın hadisəsi zamanı 43 nəfər həlak olub, 105 nəfər isə xəsarət alıb. SİA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2015-ci ilin I yarımilliyi üzrə statistik məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 12 nəfər və ya 39%, xəsarət alanlar üzrə isə 45 nəfər və ya 75% çoxdur.
2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 20 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 5% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.
Bundan əlavə məlumatda bildirilir ki, 2015-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 5581 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 736 hadisə və ya 15% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 125 nəfər isə xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 76 nəfər xilas edilib, 517 nəfər isə təxliyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB