Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib. Yüksək sürətin səbəb olduğu qəza nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Qabil Əhmədov yüksək sürətlə idarə etdiyi "Opel" markalı avtomobillə qəza törədib. İdarəetməni itirən sürücünün, avtomobili yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə sürücü Qabil Əhmədov və sərnişin ağır bədən xəsarətləri alıb.
Yaralılar dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səyinə baxmayaraq sürücü Qabil Əhmədovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyəti isə orta –ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB