Taxıl sahəsində yanğın

Tovuz rayonunun Düz Cırdaxan və Mülklü kəndlərində yanğın hadisəsi baş verib. Yanğın biçilmiş taxıl sahəsində baş verib.SİA-nin bölgə müxbirinin verdiyi xəbərə görə, isti yay günlərində sahələrin yanması adi bir hala keçib. Gecə saatlarında Tovuz rayonun Düz Cırdaxan və Mülklü kəndlərində yanğın hadisəsi ətrafı işıqlandırıb. Biçilmiş taxıl sahəsinin alovu kəndliləri həyacanlandırıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər çağrılıb. Alovu ram edən Tovuz YMH-nın əməkdaşları, yanğının yaxınlıqdakı şam ağaclarına keçməsinin qarşısnı alıblar.

Qeyd edək ki, ərazi kəndə yaxın olduğundan alovun yaşayış evlərinə keçmə etimalı da böyük olub.

Xatırladaq ki, son günlər bölgələrdə bu cür yanğın hadisələrinin sayı artıb. Mütəxəssislər bunun isti hava və ya insanların adi ehtiyatsızlığından baş verdiyini bildirirlər.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə