Abşeron rayonunda ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunun Təzəkənd kəndində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 3 otaqlı ev yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Masallı şəhərində də evdə yanğın baş verib. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 5 otaqlı evin çardağının yanar konstruksiyaları 80 kv.m sahədə, 1 otağın yanar konstruksiyası və ev əşyalar 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:13-də söndürülüb.
Quba rayonunda isə minik avtomobili alovlanıb. Qırmızı Qəsəbə qəsəbəsində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB