DİN-in Bakıdakı qətllə bağlı məlumatı

DİN-in Bakıdakı qətllə bağlı məlumatı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın DİNİn-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, iyulun 28-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindən Bakı şəhər sakinləri Orxan Əsgərli və qardaşı Sabit kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib, Sabit orada ölüb.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən Bakı şəhər sakinləri Cavid İsgəndərov və Cavanşir Cəfərzadə tutulublar

Bütün xəbərlər Facebook səhifəmizdə