Qazaxda 90 hektar sahə yanıb

Havaların isti keçməsi otlaq sahələrində tez-tez yanğın hadisələrinin baş verməsinə səbəb olur. Bu gün Qazax rayonunun Xanlıqlar kəndində də məsuliyyətizlik yanğına səbəb olub. Kəndin 90 hektar biçilmiş taxıl sahəsi yanıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, qəfildən alovlanan biçilmiş taxıl sahəsi az müddətdə genişlənib, alovu ətrafı bürüyüb. Şiddətli yanğın kənd sakinlərini də həyacanlandırıb. Hadisə yerinə yanğın söndürənlər çağrılıb. Alovu ram etmək çətin olsa da, yanğının yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Ümumilikdə kənd bələdiyyəsinə məxsus 90 ha sahədə biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

İlkin ehtimallara görə, yanğın havaların həddindən artıq isti keçməsi nəticəsində baş verib.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə