“Kür” otelindəki yanğınla bağlı məlumat yanlışdır RƏSMİ AÇIQLAMA

“Kür” otelindəki yanğınla bağlı məlumat yanlışdır RƏSMİ AÇIQLAMA

Şirvan şəhərində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı "Kür" otelində güclü yanğının baş verməsi ilə bağlı KİV-lərdə yayılan məlumat yanlışdır. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, "Kür" otelində yanğın hadisəsi baş verməyib.

Ötən gün Şirvan şəhərində yanğın Mərkəzi Poçtun 3-cü mərtəbəsində məskunlaşmış məcburi köçkünə məxsus ümumi sahəsi 15 kv.m olan mənzildə baş verib. Mətbəxdə məişət qaz balonu alışıb və paltaryuyan maşın qismən yanıb.

Poçtun qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə