2 nəfər dənizdə batdı

Xaçmaz rayonu, Nabran qəsəbəsində dənizdə 2 nəfər batıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Nabran qəsəbəsində dənizdə ("Xəzər" sularda xilasetmə postundan 1000 m aralıda, nəzarətsiz ərazidə) çimərkən 3 nəfər batmaq təhlükəsi ilə üzləşib, onlardan 1-i xilasedicilər tərəfindən xilas olunub, digər 2 nəfər isə batıb.

Vətəndaşların meyitləri "Xəzər" sularda xilasetmə postunun xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə