Taxıl sahələri yandı

Qəbələ rayonunda geniş ərazini əhatə edən taxıl sahələri yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, rayonun ərazisində 1500 ha biçilmiş taxıl sahələri və 500 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqda olan meşə zolağı yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə