50 ədəd ev quşu xilas edildi

Yevlax rayonu, Salamabad kəndində vətəndaşa məxsus məxsus ümumi sahəsi 150 kv.m olan tövlədə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və damına yığılmış 36 ton ot bağlamasının 18 tonu yanıb.

Yanğın zamanı tövlədə olan 50 ədəd ev quşu yanğınsöndürənlər tərəfindən xilas edilib. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə