Maşını ağaca çırpdı, dünyasını dəyişdi

Maşını ağaca çırpdı, dünyasını dəyişdi

Bu gün səhər saatlarında Xaçmaz rayon Mollaburhan kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Xaçmaz rayon Qımılqışlaq kənd sakini 28 yaşlı Vüsal Səfərovun idarə etdiyi "VAZ 21011" markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə