Gəncədə ağır yol qəzası baş verib

Gəncədə ağır yol qəzası baş verib

Hadisə zamanı yaralanan 5 nəfərdən 2-nin vəziyyəti ağır kimi qiymətləndirilir. SİA-nın bölgə müxbirinin veridyi məlumata əsasən avtoqəza Gəncə şəhərinin girəcəyində, Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. "VAZ 2107" markalı avtomobilin sürücüsü Goranboy rayonun Həmərli kənd sakini 38 yaşlı Vüqar Əliyev Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı səkiyə çırpılaraq aşıb. Nəticədə sürücü və sərnişinlər 23 yaşlı Elşən Hüseynov, 52 yaşlı Adil Mirzəyev, 22 yaşlı Ariz Hüseynov, "N" saylı hərbi hissənin zabiti 22 yaşlı İsaq Tağıyev xəsarət alıb. Dərhal yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə