2 nəfəri "tok" vurdu

Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə sakini Ayaz Novruzəliyevi yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Analoji hadisə İyulun 20-də Abşeron rayonunun Güzdək qəsəbəsindəki daş karxanasında qeydə alınıb. Orada işləyən qəsəbə sakini Amin Əbdüləzimovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə