30 yaşlı qadın bıçaqlandı

Şəmkir rayonunun Çınarlı qəsəbə sakin 30 yaşlı Ramilə Zeynalova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün axşam saat 23 radələrində Çınarlı qəsəbəsində baş verib. Xəstəxanaya yerləşdirilən Ramilə Zeynalovaya ilkin tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, bıçaq daxilə nüfuz etmədiyindən, yaralıya ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə