Polislər döyüldü

Ötən gün axşam Göygöl rayon polis şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi 42 yaşlı Şəmkir rayon Könüllü kənd sakini mayor Habil Əliyev və bölmənin tədqiqatçısı 34 yaşlı Gəncə şəhər sakini Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar Çaylı kəndinə gediblər. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, kənd sakinləri ilə polis əməkdaşları arasında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Habil Əliyev sol təpə, sol çənə və döş qəfəsinin əzniyi, Ramin Həmidov isə qapalı kəllə beyin travması, ənsə nahiyyəsinin çapılmış yarası, eləcə də bədənin müxtəlif yerinin əzniyi diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdiriliblər. Həkimlər polis əməkdaşlarının vəziyyətlərinin orta ağır olduğunu bildirir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə