Bakıda ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Binəqədi rayonunun Azadlıq prospekti 30/23-cü məhəllə, mənzil 1 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Nazim Miraslan oğlu Ağayevlə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Mehriban Yusif qızı Ağayeva arasında münaqişə baş verib.
Münaqişə zamanı N. Ağayev həyat yoldaşına bir neçə bıçaq xəsarətləri yetirib. Daha sonra Mehriban Ağayeva mətbəxdən bıçaq gətirərək N. Ağayevi bıçaqlayıb.
Qeyd edək ki, M. Ağayeva aldığı xəsarətlər nəticəsində ölüb, N. Ağayev isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB